-
- 2-10-2023, 15:37
- 240
61 yaşlı kişi arvadını qətlə yetirdi, daha sonra özünü GÜLLƏLƏDİ
Oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Araşdırma aparılır.