Çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
    • Dünən, 21:02
    • 466

Çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ


Permdə çörək zavodunda bişirilən çörəklərdən kütləvi zəhərlənmə baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Ən azı 80 nəfər zəhərlənib. Dəqiq say hələ müəyyənləşdirilir”, - məlumatda deyilir.

Hazırda müstəntiqlər hadisə ilə bağlı əlavə təfərrüatları öyrənmək üçün çörək fabrikinin müştəriləri və işçiləri ilə müsahibə aparırlar.

Yanvarın 8-də İstintaq Komitəsi çörək sexində kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açıb. Sakinlərdən şikayətlər dekabrın 29-dan gəlməyə başlayıb.