Tanınmış milyarder terrorçular siyahısına DAXİL EDİLDİ - FOTO
    • 3-10-2023, 10:19
    • 263

Tanınmış milyarder terrorçular siyahısına DAXİL EDİLDİ - FOTO

Ukraynalı oliqarx İqor Kolomoyski “Rosfinmonitorinq”in terrorçu və ekstremistlər siyahısına daxil edilib.

News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Siyahıya Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakov və “Aidar” batalyonunun keçmiş komandiri Sergey Melniçuk da daxildir.

Bundan başqa, Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Lyaşko, “Aydar” batalyonunun keçmiş komandirivə “Azov”un (Rusiyada terrorçu kimi tanınan) qurucusu Andrey Biletski də əlavə edilib.

Aynurə