-
- 3-10-2023, 10:43
- 270
1,1 milyon əfqan deportasiya ediləcək
Pakistan hökuməti respublikada qeyri-qanuni yaşayan 1,1 milyona yaxın Əfqanıstan vətəndaşını deportasiya etmək barədə qərar qəbul edib.
News24.az xəbər verir ki, bu barədə “Geo TV” məlumat yayıb.
Vizası olmayan əfqanlar, o cümlədən müvafiq sənədin müddətinin uzadılmasından imtina edilən şəxslər deportasiya ediləcək. Telekanalın qeyd etdiyi kimi, İslam Respublikası ərazisində qeyri-qanuni yaşayan miqrantların “qovulması” planı artıq təsdiqlənib və “bütün maraqlı tərəflər və Əfqanıstan hökuməti ilə” razılaşdırılır.
Telekanalın məlumatına görə, hazırda Pakistanda 1,1 milyona yaxın Əfqanıstan vətəndaşı qeyri-qanuni yaşayır.
Ayşən