Pakistan sərhədçiləri 3 əfqanıstanlını güllələdi
    • 27-08-2021, 13:57
    • 461

Pakistan sərhədçiləri 3 əfqanıstanlını güllələdi

Pakistan ordusu ölkənin şimal-qərbindəki keçid məntəqələrindən birinin yaxınlığında sərhədi pozan üç Əfqanıstan vətəndaşını güllələyib.

News24.az xəbər verir ki, RİA bu barədə "Taliban"dakı mənbələrə istinadən məlumat yayıb. 

Mənbənin bildirdiyinə görə, 10 əfqanıstanlı bu gün səhər saatlarında qeyri-qanuni olaraq Pakistanın ərazisinə keçməyə çalışıb. Bunu görən Pakistan sərhədçiləri qanun pozucularına atəş açıb. Nəticədə 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Ölənlərin cəsədləri bir neçə saatdır sərhəd keçidinin yaxınlığında qalıb.