Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini DAYANDIRDI
    • 3-10-2023, 14:02
    • 268

Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini DAYANDIRDI

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.

News24.az xəbər verir ki, bu barədə “Report”a işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

“Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”, - S.Məmmədov əlavə edib.