Özünə qəbir qazdıran AZƏRBAYCANLI MƏŞHUR  / FOTO
    • 3-10-2023, 18:09
    • 501

Özünə qəbir qazdıran AZƏRBAYCANLI MƏŞHUR / FOTO

Rusiyalı tanınmış müğənni Alla Puqaçova Moskvadakı “Kuzminsk” qəbiristanlığında özünə məzar yeri alıb. Estrada ulduzunun hazırlatdığı ailə məzarlığının ətrafına hasar çəkiləcək və üzərinə xüsusi gerb həkk olunacaq.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycanda da sağ ikən özünə qəbir yeri alan məşhurlar var.

Onlardan biri tanınmış meyxanaçı Ağamirzədir. Sənətçi 5 ildən çoxdur ki, atasının dəfn olunduğu qəbiristanlıqda özünə məzar yeri götürüb. Sənətçinin qəbri artıq qazılıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülərək hazır vəziyyətdə saxlanılır.

Onun bu qərarı ailəsi və qardaşları tərəfindən etirazla qarşılansa da, sonradan meyxanaçının bu addımını dəstəkləyiblər. “Allah nə vaxt fərman versə, buraya gələcəyəm”, – deyən Ağamirzə ölümün haqq olduğunu və hər kəsin öz vaxtında son mənzilə yola salınacağını bildirib.