Hava kəskin SOYUYACAQ
    • 3-10-2023, 21:41
    • 683

Hava kəskin SOYUYACAQ

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava kəskin soyuyacaq.

News24.az xəbər verir ki, gün ərzində paytaxtda yağış yağacaq.

Oktyabrın 5-də havanın temperaturu digər günlərə nisbətən 4-5 dərəcə soyuq olacaq.

Gecə havanın temperaturunun 12-13 dərəcəyə düşəcəyi gözlənilir.

Oktyabrın 6-dan yağıntının kəsəcəyi və havanın 24 dərəcəyədək isinəcəyi gözlənilir.