-
- 4-10-2023, 15:28
- 158
Macarıstanın bu tələbi Ukraynanı ŞOKA SALDI
Macarıstan Ukraynadan OTP Bankın Rusiya bölməsini sanksiyalardan azad etməyi tələb edib.
News24.az "TASS"-a istinadən xəbər verir ki, Macarıstan Ukrayna hakimiyyətindən OTP Bankın Rusiya bölməsini və dörd macar top-menecerini məhdudiyyətlərdən azad etməyi tələb edir.
Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Budapeştdə Moldovanın baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dmitri Alayba ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Xarici işlər naziri qeyd edib ki, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin (NACP) Macarıstanın OTP bankını “beynəlxalq müharibənin sponsorları” siyahısından çıxarmaq qərarı düzgün istiqamətdə atılmış addımdır. Bununla belə, onun sözlərinə görə, NACP-də hələ də OTP-nin Rusiya bölməsi və dörd macar bank menecerinin daxil olduğu sanksiyalar siyahısı var.
“Biz gözləyirik ki, bu dörd OTP lideri və Rusiya təşkilatı Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin siyahısından çıxarılacaq”,- deyə Sijarto vurğulayıb.