Tanınmış jurnalist itkin düşdü
    • 4-10-2023, 17:34
    • 362

Tanınmış jurnalist itkin düşdü

Ukraynalı jurnalist, “Jurnalistikada cəsarət” mükafatı laureatı Viktoriya Roşçina Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində itkin düşüb.

News24.az xəbər verir ki, bu barədə Kütləvi İnformasiya İnstitutu məlumat yayıb.

Jurnalistin atasının sözlərinə görə, o, iyulun 27-də Ukraynanı tərk edərək Polşaya gedib və üç gündən sonra Rusiya vasitəsilə Ukraynanın şərqindəki işğal olunmuş ərazilərinə qayıtmalı idi.

Avqustun 3-də qohumları onunla danışanda jurnalist onun bir neçə gün sərhəd yoxlamasından keçdiyini desə də, harada olduğunu açıqlamayıb.

Sentyabrın 21-də jurnalistin rəsmi şəkildə itkin düşmə faktını qeydə alıb.

Viktoriyanın atası onun ruslar tərəfindən tutulduğunu iddia edib. Onun sözlərinə görə, rəsmilər ailəyə bildiriblər ki, Rusiya həbsxanalarında çoxlu “dondurulmuş” ukraynalı məhbuslar var və onların arasında Viktoriya da ola bilər.

Aynurə