-
- 5-10-2023, 13:27
- 579
Araikə nə vəd verilib? - "O, əmin idi ki ruslar..."
“Əldə etdiyimiz məlumata görə, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan son ana qədər sülhməramlıların qərargahında olub. Onlara sağ-salamat Ermənistana keçə biləcəklərinə dair vəd də verilib, lakin ruslar vədlərini yerinə yetirməyiblər”.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr həbs edilmiş Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın Azərbaycana Rusiya tərəfindən təhvil verildiyini iddia edib. Yazıda qeyd edilib ki, ruslar separatçıların “başçılarını” aldadıb.
“Araik əmin idi ki, isti münasibətdə olduğu ruslar onu Bakıya təhvil verməyəcək, lakin sonda heç nə gözlədiyi kimi olmadı”, - deyə nəşr yazıb.
Ayşən