TƏCİLİ! DTX Araik Arutyunyanı SAXLADI -Bakıya gətirilir -VİDEO
    • 3-10-2023, 20:30
    • 1 478

TƏCİLİ! DTX Araik Arutyunyanı SAXLADI -Bakıya gətirilir -VİDEO

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

News24.az Report-a istinadla xəbər verir ki,, hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.