Kütləvi hücum: İran PUA-ları məhv edildi
    • 5-10-2023, 09:45
    • 145

Kütləvi hücum: İran PUA-ları məhv edildi

Rusiya qüvvələri gecə saatlarında İranın “Şahid” tipli hücum PUA-larından istifadə edərək Ukraynaya növbəti kütləvi hücuma keçiblər. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” müdafiə qüvvələrinin sözçüsü Natalya Humenyuk bildirib.

Məlumata görə, cənubda çox sayda PUA məhv edilib.

“Gecə boyu 24 İran PUA-sı məhv edilib. Ruslar dronlarla Ukraynanın cənub və cənub-şərq bölgələrini hədəfə alıblar”. 

Humenyuk qeyd edib ki, “Şahid”lərin əksəriyyəti Azov dənizinin şərq sahillərindən və ya Krım yarımadasından atılır.

Ayşən