-
- 5-10-2023, 12:32
- 815
Fransadakı erməni lobbisindən növbəti BİABIRÇILIQ
Qərəzsiz vasitəçi” rolunu oynayan Fransanın xarici işlər naziri Katrin Kalonna İrəvana rəsmi səfəri çərçivəsində sosial şəbəkə hesabında pravikasiya tipli paylaşım edib.
News24.az xəbər verir ki, bu barədə “Yeniakit” məlumat yayıb.
Kolonna Qarabağ məsələsini müzakirə etmək üçün Ermənistana rəsmi səfərində Ağrı dağın fotosunu paylaşaraq “5 ay sonra Ermənistana geri döndüm. Dostluq, dəstək və həmrəylik”,- kimi ifadələrə yer verib. Onun bu paylaşmı izləyicilər tərəfindən tənqid edilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşən Kolonna birgə mətbuat konfransında təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etdiklərini bildirib.
“Fransa Ermənistana hərbi texnikanın çatdırılmasına imkan verəcək müqavilələr imzalamağa razılaşıb.Bununıa Ermənistan öz təhlükəsizliyini təmin etsin".
Xarici işlər naziri razılaşmalar barədə təfərrüat verməkdən yayınıb. Lakin o, əlavə edib ki, Ermənistan və Fransa arasında razılaşdırılan bir sıra məsələlər var.
Ayşən