Bakıda arvadını və qızını bıçaqlayan şəxsə hökm oxundu
    • 5-10-2023, 17:00
    • 302

Bakıda arvadını və qızını bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı və qızını bəçaqlamaqda təqsirıəndirilən  Aqil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A. Məmmədov 4 il azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib.

Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.

Samir Əli