Məşhur qırğız avtoritet MƏHV EDİLDİ
    • 5-10-2023, 19:05
    • 282

Məşhur qırğız avtoritet MƏHV EDİLDİ

Məşhur qırğız kriminal avtoriteti Qamçı Asanbek Bişkekdə keçirilən əməliyyat nəticəsində öldürülüb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

“Aparılan əməliyyat-axtarış tədbirləri zamanı K.Asanbekin yeri müəyyən edilib. O, təhlükəsizlik qüvvələrinin qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib. Cavab atəşilə kriminal avtoritet öldürülüb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Qamçıbəy Asanbel MDB kriminal dairələrində “Kolya Qırğız” ləqəbilə tanınır. 2007-ci ildə ABŞ Dövlət Departamenti Asanbeki Qırğızıstandakı ən güclü cinayətkar qruplaşmanın lideri adlandırıb və 2008-ci il aprelin 23-də Moskvada ona Rusiya mütəşəkkil cinayətkar qruplaşmaların liderləri tərəfindən qanuni oğru adı verilib.