-
- 5-10-2023, 18:55
- 1 023
SON DƏQİQƏ! Putin Vardanyanın həbsindən DANIŞDI
Rusiya Prezidenti Vladimir Putin Ruben Vardanyanın həbsindən danışıb.
News24.az TASS-a istinadla xəbər verir ki, Rusiya lideri Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Vardanyanın həbs olunmasına münasibət bildirib.
“O, özü (Ruben Vardanyan – red.) Rusiya vətəndaşlığından imtina edib”, - deyə Putin qeyd edib.
Xatırladaq ki, sentyabrın 27-də Ruben Vardanyan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Akqabay