Putin:
    • 28-07-2023, 16:30
    • 143

Putin: "Rusiya danışıqlara hazırdır amma.."

“ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir və Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqları mümkünsüzləşdirib”.   

 
News24.az x
əbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ikinci “Rusiya-Afrika” sammitinin plenar iclasında bildirib.

 
“Bütün ziddiyyətlər danışıqlar zamanı həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Münaqişənin əsasını ABŞ və NATO-nun Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratması təşkil edir və onlar, bir daha təkrar edirəm, danışıqlardan imtina edirlər”, - deyə Putin bildirib.

Ölkə başçısı qeyd edib ki, Rusiya dəfələrlə bəyan edib ki, danışıqlara hazırdır. Amma Moskva onları məcbur edə bilməz. 

Arzu