Putin: "Qərb qanlı, təhlükəli və çirkin oyun oynayır"
    • 27-10-2022, 21:16
    • 240

Putin: "Qərb qanlı, təhlükəli və çirkin oyun oynayır"

"Qərb həmişə vəziyyəti gərginləşdirmək istəyir, qanlı, təhlükəli və çirkin oyun oynayır".

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

"Son aylarda Qərb eskalasiya etmək üçün bir sıra addımlar atıb", - Rusiya lideri vurğulayıb.

Putin Qərbi Ukraynada müharibəni alovlandırmaqda, Tayvan ətrafında vəziyyəti gərginləşdirməkdə, enerji böhranını gücləndirməkdə və qaz kəmərlərini dağıtmaqda ittiham edib.