-
- 5-10-2023, 19:00
- 265
Naxçıvanda yeni dövlət fondu yaradıldı
Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu yaradılıb.
News24.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.
Təbii ehtiyatlardan səmərəli istifadə olunması, mineral xammal bazasının bərpası, ətraf mühitin və yaşıllıqların mühafizəsinin təmin olunması məqsədilə yaradılan fondun əsasnaməsi də təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.