Şəmkirdə gənc qadını avtomobil VURDU
    • 6-10-2023, 09:36
    • 142

Şəmkirdə gənc qadını avtomobil VURDU

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2000-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.