Motosiklet piyadanı VURDU
    • 19-05-2020, 21:25
    • 688

Motosiklet piyadanı VURDU

Goranboyda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

2000-ci il təvəllüdlü Quliyev Şirzad Anar oğlu yolu keçmək istəyən zaman onu motosiklet vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA