SON DƏQİQƏ! Dollar kəskin BAHALAŞDI
    • 6-10-2023, 10:54
    • 1 134

SON DƏQİQƏ! Dollar kəskin BAHALAŞDI

Moskva birjasında dolların məzənnəsi avqustun 14-dən bəri ilk dəfə olaraq 101 rublu ötüb.

News24.az xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

Moskva vaxtı ilə saat 08:14-ə olan məlumata görə, dollar 1,09% (101,5 rubla qədər) bahalaşıb.

Öz növbəsində, ticarətin açılışında avronun məzənnəsi 106 rublu ötüb. 16 avqustdan bəri ilk dəfə. Moskva vaxtı ilə saat 07:00-a olan məlumata görə, avro 0,22% (106 rubl) bahalaşıb. Moskva vaxtı ilə saat 07:08-də avronun məzənnəsi 106,06 rubl olub. (+0,28%).

Oktyabrın 5-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib ki, dollar əsasında yaradılmış dünya maliyyə sistemi tədricən dağılır. Onun sözlərinə görə, Amerika iqtisadiyyatının qlobal ÜDM-də payı getdikcə azalır.