"Avropa Parlamentində rüşvətxor parlamentarilər oturub" - Elman Nəsirov
    • 6-10-2023, 11:29
    • 197

"Avropa Parlamentində rüşvətxor parlamentarilər oturub" - Elman Nəsirov

Avropa Parlamentinin qəbul etdiyin anti-Azərbaycan bəyənatından sonra müşahidə etdim ki, Ermənistan parlamenti belə anti-Azərbaycan qanunu qəbul etməyib.

News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentdə çıxışı zamanı deyib. 

Millət vəkili qeyd edib ki, Avropa Parlamenti "əl əli yuyur, əl də üzü" prinsipi ilə işləyir. 

"Avropa Parlamentində rüşvətxor parlamentarilər oturub. Bu imici onsuz da imici yaxşı olmayan Avropa Parlamentinə zərərlidir. Bu gün Avropa İttifaqının enerji aslılığı var. Avropa parlamentilərinin belə hoqqabazlığına ehtiyac yoxdur", - deyə deputat əlavə edib.

Qumral