Antiterror tədbirlərində yaralanan polis ŞƏHİD OLDU
    • 6-10-2023, 12:13
    • 411

Antiterror tədbirlərində yaralanan polis ŞƏHİD OLDU

 

Qarabağda keçirilən antiterror tədbirlərində ağır yaralanan polis nəfəri,  Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Əzizbəy Etibar oğlu Muradov şəhid olub.

News24.az-ın məlumatına görə, polis əməkdaşı bu gün səhər saatlarında dünyasını dəyişib. 

Dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, Əzizbəy Muradov  44 günlük Vətən müharibəsində iştirak edib, "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilib.