Yüksək vəzifə verilən polkovnik bu məşhur azərbaycanlının qardaşı imiş - FOTO
    • 6-10-2023, 13:18
    • 288

Yüksək vəzifə verilən polkovnik bu məşhur azərbaycanlının qardaşı imiş - FOTO

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, vəzifəyə təyin edilən polkovnik İlqar Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır

İlqar Səfərovun atası Sahib Səfərov Qaynarinfo-ya açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib.

Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.