Sabiq deputatın oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ
    • 8-12-2022, 15:06
    • 511

Sabiq deputatın oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ

Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib. 
 
News24.az "Qaynarinfo"-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.
 
Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayev oğlu, general Baba Salayevin qardaşı oğludur.
 
Xatırladaq ki, FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib.