Daha bir terror əməliyyatı: 75 nəfər saxlanıldı
    • 6-10-2023, 14:42
    • 231

Daha bir terror əməliyyatı: 75 nəfər saxlanıldı

Türkiyə təhlükəsizlik qüvvələri cümə günü 75 nəfəri qanunsuz Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinərək saxlayıb. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“Əməliyyat çərçivəsində 11 əyalətdə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 75 nəfər saxlanılıb”, - nazir X sosial şəbəkəsində yazıb.

Bildirilir ki, həbslər əsasən Türkiyənin cənub-şərq bölgələrində həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyinin Ankaradakı qərargahında törədilən terror aktından sonra “Qəhrəmanlar” əməliyyatına başlanılıb. Oktyabrın 1-dən bu günə qədər 1 minə yaxın insan PKK ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Türkiyə hakimiyyəti PKK-nı terror təşkilatı və milli təhlükəsizliyə əsas təhdid adlandırır. Buna qarşı mübarizə 1987-ci ildən davam edir, PKK-ya qarşı əməliyyatlar həm Türkiyədə, həm də Türkiyə Silahlı Qüvvələrinin böyük bir ordu qrupunun yerləşdiyi sərhəddə qonşu İraq və Suriyada aparılır.

 

Ayşən