"Erməni lobbisi təhrif olunmuş rəvayətlərin təbliğinə davam edir" - Metyu Brayza
    • 6-10-2023, 17:38
    • 339

"Erməni lobbisi təhrif olunmuş rəvayətlərin təbliğinə davam edir" - Metyu Brayza

Xəbər verdiyimiz kimi, Avropa Parlamenti (AP) Qarabağdakı hərbi əməliyyatlara görə Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul edib. Bu qətnamə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Sənəddə həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb.

Beynəlxalq ekspert, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza movzu barədə News24.az-a danışarkən bildirib ki, AP-nin qətnaməsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına zərbə vurur.

“Qətnamə avropalıların Azərbaycanın Qarabağ münaqişəsini həll etmək üçün hərbi gücdən istifadə etməsinə qarşı bir ifadəsidir”, - ekspert bildirib. 

M. Brayza qeyd edib ki, Avropa Parlamentinin belə münasibəti Qarabağ münaqişəsini məhdud fortmada dərk edilməsindən irəli gəlir: 

“Bu isə Ermənistan hərbi qüvvələrinin Qarabağda qeyri-qanuni qalması və Azərbaycan üçün həm təhlükəsizlik təhdidləri, həm də ilk növbədə baş nazir Paşinyan olmaqla sülh istəyən ermənilər üçün siyasi təhlükə törətməsidir. Avropa Parlamentinin üzvləri arasında Qarabağ münaqişəsi ilə bağlı bu məlumatın olmaması lobbiçilər tərəfindən istifadə olunub və onlar münaqişə ilə bağlı təhrif olunmuş rəvayətləri təbliğ etməyə davam ediblər. Bu da Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması və iki ölkənin beynəlxalq sərhədlərinin demarkasiyası ilə bağlı xoşməramlı səylərinə zərbə vurur”.

Akqabay Mıradov