Dələduzluqda təqsirləndirilən AXCP üzvü ev dustaqlığına buraxılmadı
    • 6-10-2023, 16:52
    • 292

Dələduzluqda təqsirləndirilən AXCP üzvü ev dustaqlığına buraxılmadı

Bakı Ağır Cinayət Məhkəməsində dələduzluq və saxta sənədlər hazırlamaqda təqsirləndirilən Yusif Əliyev, Vəfadar Axundov və AXCP üzrəvü Elxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Leyla Əsgərova ən sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Elxan Əliyevin vəkili Nemət Kərimli vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılmasını istəyib. 

Daha sonra digər təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinə xitam verilməsini istəyib. 

Prokuror isə vətatətlərə indiki mərhəldə baxılmamış saxlanılmasını xahiş edib.

Müşavirədən sonra məhkəmə qərarı açıqlanıb. Qərara əsasən vəsatətlər baxılmamış saxlanılıb. İş üzrə məhkəmənin baxış iclası sentyabrın 20-nə təyin edilib. 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə,  Elxan Əliyev, Yusif Əliyev və Vəfədar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.

Onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57.000 manata satmaqla dələduzluq ediblər. Bununla bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elxan Əliyev, Yusif Əliyev, Vəfədar Axundov saxlanılıb”.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə araşdırılan cinayət əməllərinin Elxan Əliyev, Yusif Əliyev və Vəfədar Axundov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Samir Əli