Məhkəmədən Günay Həziyevaya SON XƏBƏRDARLIQ
    • 28-08-2023, 17:56
    • 283

Məhkəmədən Günay Həziyevaya SON XƏBƏRDARLIQ

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Günay Həziyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəmədən yenidən vaxt istəyib. Bildirib ki, o, maddi sıxıntılarına görə vəkillə müqavilə bağlaya bilməyib. Bu məqsədlə təqsirləndirilən şəxs məhkəmənin təxirə salınmasını istəyib. 

Hakim bildirib ki, təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə prosesi yubatmağa cəhd edir və bu onun üçüncü bəhanəsidir. Hakim təqsirləndirilən şəxslə sonuncu xəbərdarlıq edib və iş üzrə məhkəmə prosesi sentyabrın 4-nə təyin olunub.

İttihama görə, Bakı şəhər sakini Günay Həziyeva paytaxtda müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onların qızıl zinyət əşyalarını ələ keçirib. O vətəndaşlara müxtəlif şirnikləndirici vədlər versə də, sonradan bu vədinə əməl etməyib. G. Həziyeva ayrı-ayrı vətəndaşlara qarşı ümumilkdə 302 min manat dələduzluqda ittiham edilib. Onun barəsində istintaq dövründə polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. 

Samir Əli