Antiterror əməliyyatlarında şəhid olmuş hərbçilərin qohumlarına MÜHÜM XƏBƏR
    • 6-10-2023, 17:03
    • 904

Antiterror əməliyyatlarında şəhid olmuş hərbçilərin qohumlarına MÜHÜM XƏBƏR

Azərbaycanda banklar antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərin qohumlarının da kredit borcunu silə bilər.

News24.az  xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

"44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin", - deyə o qeyd edib.