Azərbaycan cüdoçusu gümüş medal qazandı
    • 6-10-2023, 20:22
    • 489

Azərbaycan cüdoçusu gümüş medal qazandı

Azərbaycan cüdoçusu Vüqar Talıbov Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

News24.az-ın məlumatına görə, 20 yaşlı idmançı 90 kq çəki dərəcəsində mundialı ikinci pillədə başa vurub.

1/16 finaldan mübarizəyə qoşulan V.Talıbov finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub.

Bu çəki dərəcəsindəki digər təmsilçimiz İsmayıl Zamanov 1/8 finalda çıxışını başa vurub.

Ömər Rəcəbli isə 81 kq-da bürünc medal qazanmaq şansını son anda əldən verib. Ö.Rəcəbli təsəlliverici dueldən üstün ayrılsa da, bürünc medal uğrunda oyunda yaponiyalı Naoto İzavaya uduzub.