Ata 4 aylıq körpəsini bu səbəbdən öldürdü – DƏHŞƏTLİ QƏTL
    • 7-10-2023, 11:33
    • 122

Ata 4 aylıq körpəsini bu səbəbdən öldürdü – DƏHŞƏTLİ QƏTL

İstanbulun Eyüpsultan qəsəbəsində ata 4 aylıq körpəsini çox ağladığı üçün anasının qucağından alaraq bir neçə dəfə yerə çırpıb. 

News24.az “Haberglobal”-a istinadən xəbər verir ki, xəstəxanaya aparılan körpənin bədənində qırılmayan sümük qalmadığı, kəllə travması aldığı və daxili orqanlarının parçalandığı məlum olub.

Körpə xəstəxanada həyatını itirib.

 Qısa müddətdən sonra yaxalanan ata bildirib ki, spirtli içkinin təsirindən bu hadisəni törətmişəm və əməlimdən peşmanam.

İfadəsindən sonra məhkəməyə çıxarılan ata həbs edilib.

Ülkər ABDURAHMANLI