Körpəsini yerə çırpan ata ilə bağlı qərar verildi
    • 28-04-2022, 19:39
    • 283

Körpəsini yerə çırpan ata ilə bağlı qərar verildi

Bakıda övladını qəsdən yerə çırpmaqda təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Toğrul Şiriyev məlumat verib.

O bildirib ki, Yasamal Rayon Məhkəməsi Samir Ağakərimovla bağlı qərar elan edib.

"Məhkəmə S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçib".

Qeyd edək ki, Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində S.Ağakərimov 11 aylıq körpəsini qəsdən yerə çırpıb.

Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. /Qafqazinfo.az/