-
- 7-10-2023, 11:35
- 225
Bu ölkə Ukraynaya hərbi yardımı dayandırır - SƏBƏB
Slovakiya hökuməti Ukraynaya növbəti hərbi yardımı dayandırmaq qərarına gəlib. Bu barədə “Politico” qəzeti məlumat yayıb.
News24.az "TASS"-a istinadən xəbər verir ki, "Slovakiyanın istefa verən bürokratik hökuməti artıq Ukraynaya heç bir hərbi məhsul göndərməyəcək", - deyə, qəzetdə qeyd olunub.
Nəşr izah edir ki, hakimiyyət bu addımı Kiyevə belə yardımın göstərilməsinə qarşı çıxan tərəflər arasında olan danışıqlardan sonra qəbul edib.
Bundan əvvəl Slovakiya prezidenti Zuzana Çaputova Ukraynaya növbəti hərbi yardım paketinin verilməsinin əleyhinə çıxış edib.
Kiyevə növbəti yardım paketinin ayrılması təşəbbüsü əvvəllər Slovakiya Müdafiə Nazirliyi tərəfindən edilib.
Ülkər ABDURAHMANLI