ABŞ Ukraynaya 400 milyon dollara yaxın hərbi yardım ayırdı
    • 23-11-2022, 19:34
    • 312

ABŞ Ukraynaya 400 milyon dollara yaxın hərbi yardım ayırdı

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 400 milyon dollara yaxın əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

“Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyindən müdafiə məhsulları və xidmətləri, hərbi təlim və təhsil üçün 400 milyon dollara qədər vəsait ayırmaq səlahiyyəti verib”, - məlumatda qeyd edilib.

Rəsmi Vaşinqtonun Kiyevə hansı silahları göndərəcəyi açıqlanmayıb.