Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiq edib
    • 7-05-2022, 01:58
    • 618

Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiq edib

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni silahlarla hərbi yardım paketini təsdiq edib.

Yeni paketlə Kiyevə azı 150 milyon dollar məbləğində hərbi yardım oluna bilər.

ABŞ rəsmiləri paketə haubitsa kimi sistemlər üçün daha çox sursatın daxil olacağını bəyan edib.

Aprelin 13-də məlum olub ki, ABŞ Ukraynaya daha 800 milyon dollar dəyərində müdafiə yardımı hazırlayır və bu paketə daha çox artilleriya verilməsi nəzərdə tutulur./Report/