-
- 8-10-2023, 12:38
- 303
Baş verənlər İsraildə indiyə kimi görünməmiş hadisədir - Netanyahu
“HƏMAS-ın hücumuna görə qisas alınacaq. Onlar hamımızı öldürmək istəyir”.
News24.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Baş nazir onları məhv edəcəklərini, İsrail dövləti və vətəndaşlarına yaşatdıqları bu qara günün qisasını alacaqlarını bildirib.
“Uşaqlar, analar evlərində, çarpayılarında öldürülüb. Qocaları, uşaqları, gənc qadınları qaçırıblar. Bunlar vətəndaşlarımızı, o cümlədən bayram şənliyi üçün gəzməyə çıxan uşaqları qətlə yetirən düşməndir. Baş verənlər İsraildə indiyə kimi görünməmiş hadisədir və mən bunun bir daha baş verməməsi üçün əlimdən gələni edəcəyəm. Bu qərarın arxasında bütün hökumət dayanır. İsrail Müdafiə Qüvvələri HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz onları məhv edəcəyik və İsrail dövlətinə və onun vətəndaşlarına yaşatdıqları bu qara günə görə güclü intiqam alacağıq”, - deyə Netanyahu vurğulayıb.
Ayşən