ABŞ Yaxın Şərqə qırıcı təyyarələr göndərir -VİDEO
    • 9-10-2023, 08:12
    • 177

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr göndərir -VİDEO

ABŞ mövqeyini möhkəmləndirmək planı çərçivəsində Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərəcək.

R TV bu barədə CNN-ə istinadən məlumat verir.

Bölgəyə F-35 və F-15 qırıcılarının göndərilməsi gözlənilir. Təyyarələrin dəqiq sayı məlum olmasa da, bildirilib ki, regiona əlavə olaraq 20-25 qırıcı təyyarə göndəriləcək.

Əlavə qırıcı təyyarələrin yerləşdirilməsində məqsəd istənilən “İran təcavüzünün” və İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların qarşısını almaqdır.

Müdafiə naziri Lloyd Ostin bildirib ki, ABŞ mərkəzi komandanlığın nəzarəti altında Yaxın Şərqdəki bazalarda qırıcıların sayını artıracaq. F-35 və F-15 ilə yanaşı, Ostin bölgədəki F-16 və A-10 eskadrilyalarının gücləndiriləcəyini də bildirib.

Mirzə Altay