Norveç Ukraynaya F-16 qırıcıları göndərir
    • 24-08-2023, 15:33
    • 165

Norveç Ukraynaya F-16 qırıcıları göndərir

Norveç hökuməti Ukraynaya F-16 qırıcıları göndərir.

News24.az-ın xəbərinə görə, bunu yerli “TV2” telekanalı öz mənbələrinə istinadən bildirib. 

Qeyd olunub ki, hazırda ölkənin hərbi aviaparkında bu modelə aid cəmi 57 qırıcı var. 

Vədinə əməl edəcəyi halda Norveç bu ölkəyə qırıcı təyyarələr tədarük edən üçüncü ölkə olacaq. 

Yeri gəlmişkən, bir qədər əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyanın baş nazirindən ölkəsinə “F-18” qırıcı-bombardmançılarının göndərilməsini xahiş edib. 


Fərid Azəri