"HƏMAS-ın İsrailə hücumunu İran planlaşdırıb hələ avqustda..." - ŞOK FAKTLAR
    • 9-10-2023, 09:45
    • 265

"HƏMAS-ın İsrailə hücumunu İran planlaşdırıb hələ avqustda..." - ŞOK FAKTLAR

HƏMAS-ın İsrailə hücumları İran kəşfiyyat xidmətlərinin köməyi ilə bir neçə həftə əvvəl planlaşdırılıb. Planlaşdırma hələ avqustda başlayıb, təfərrüatlar iki həftəlik görüşlərdə dəqiqləşdirilib. Bu yolla İran təhlükəsizlik qüvvələri ötən həftə Beyrutda keçirilən toplantıda HƏMAS-ın İsrailə qəfil hücumuna “yaşıl işıq” yandırıb”.

News24.az xəbər verir ki, bunu “The Wall Street Journal” məlumat yayıb.

Nəşr bu barədə HƏMAS və “Hizbullah”dakı mənbələrə istinadla yazır.

 İran Prezidenti İbrahim Rəisi İsrailə hücumu dəstəkləyərək bunu “vəhşiliyə qarşı üsyan” və “Fələstin xalqının legitim özünümüdafiəsi” adlandırıb. Rəisi “sionist rejim və onun himayədarlarının” ədalət qarşısında cavab verməsini istəyib.

İran prezidenti həmçinin HƏMAS lideri İsmayıl Haniyəni “cəsur və uğurlu əməliyyat” münasibətilə təbrik edib.

İranın Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri HƏMAS-ı İsrailə “dağıdıcı zərbələr” vurmasına görə tərifləyib.

 

Ayşən