HƏMAS müsəlmanlara çağırış etdi: İsrailə hücum edin!
    • 7-10-2023, 12:02
    • 390

HƏMAS müsəlmanlara çağırış etdi: İsrailə hücum edin!

HƏMAS fələstinliləri İsrailə hücum etməyə çağırıb.

News24.az “Jerusalim Post”-a istinadla xəbər verir ki, HƏMAS qruplaşmasının komandiri Məhəmməd Deif fələstinliləri əllərində olan silahlarla İsrailə qarşı genişmiqyaslı hücuma çağırıb.

Deif ərəblərə və digər müsəlmanları da İsrailə qarşı hücumlar həyata keçirməyə səsləyib.

O, fələstinlilərə çağırışında deyib: “Bu gün silahlarınızı çıxarın, kimin silahı yoxdursa, bıçaq və ya balta çıxarsın. Sizin ixtiyarınızda olan bütün vasitələrlə yaşayış məntəqələrinə hücumları həyata keçirin”.

Akqabay