HƏMAS-ın İranla bağlı hiyləgər addımı - Politoloq AÇIQLADI
    • 9-10-2023, 12:37
    • 531

HƏMAS-ın İranla bağlı hiyləgər addımı - Politoloq AÇIQLADI

"HƏMAS qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir". 

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib.

"HƏMAS İsrailin intiqamının ağır olacağını anladığından müharibənin Qəzza bölgəsini aşmasını və İranın işin içində daha fəal müdaxiləsində maraqlı olub. Əlbəttə, İranın Həmas qruplaşmasına silah və sursat göndərdiyi sirr deyil, ancaq Tehran heç zaman bunu açıq şəkildə etiraf etməyib. Həmas liderləri isə İsrailə dolayı mesaj veriblər ki, onlar İranın dəstəyi ilə İsrailə hücum ediblər. İsrailin İrana zərbə vuracağı istisna deyil. Həmas qruplaşmasına da elə bu lazımdır. Məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir" - deyə politoloq əlavə edib.

Qumral