Cəfər Cabbarlının qəbirüstü abidəsi ziyarət olunub - FOTO
    • 21-03-2019, 22:00
    • 2 489

Cəfər Cabbarlının qəbirüstü abidəsi ziyarət olunub - FOTO

Martın 21-də görkəmli dramaturq,teatr və kino xadimi Cəfər Cabbarlının 120 yaşının tamam olması münasibəti ilə yazıçının Fəxri Xiyabandakı qəbirüstü abidəsi ziyarət olunub. News24.az xəbər verir ki, anım tədbirində yazıçının ailəsi, Cəfər Cabbarlı Ev Muzeyi və C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinın əməkdaşları iştirak ediblər. Ziyarətçilər yazıçının məzarı önünə gül dəstələri düzüb, Cəfər Cabbarlı yaradıcılığına bir daha nəzər salıblar.