Yüksək dozada narkotikdən ölən Ruslan BU TANINMIŞIN ÖVLADI İMİŞ
    • 9-10-2023, 18:16
    • 8 596

Yüksək dozada narkotikdən ölən Ruslan BU TANINMIŞIN ÖVLADI İMİŞ

Sumqayıtda narkotİkdən ölən 36 yaşlı Ruslan Verdiyev haqqında yeni detallar məlum olub. 

News24.az xəbər verir ki, Ruslan Verdiyev tanınmış ailənin övladı olub. Karate idman növü ilə məşğul olub. Lakin narkotika başlayandan sonra Ruslan Verdiyev idmandan uzaqlaşıb. O, 2017-ci ildə dostları ilə birgə Xalq artisti Nazpəri Dostəliyevanın evini qarət edir və həbsə düşür.

Həbsxanadan çıxdıqdan sonra normal həyata adaptasiya ola bilməyən Ruslan Verdiyev bir neçə kiçik cinayətə görə yenidən zindan həyatı yaşamalı olur. 

Məlumata əsasən, mərhumun atası Əzizağa Verdiyev də veteran idmançıdır. O, Sumqayıtda karatenin əsasını qoyanlardan sayılır. Əzizağa Verdiyev sovetlər dövründə karate qadağasına baxmayaraq, zirzəmilərdə gənclərimizə gizlincə bu döyüş növünün sirlərini aşılayıb.

Qumral Əliyeva