Sumqayıt sakini yüksək dozada narkotikdən ölüb
    • 8-10-2023, 01:12
    • 266

Sumqayıt sakini yüksək dozada narkotikdən ölüb

Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər xəstəxanasında baş verib.

Sumqayıt sakini 1987-ci il təvəllüdlü Ruslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R. Verdiyev dünyasını dəyişib.