Ələt-Astara yolunda ağır qəza- Yaralılar Var
    • 9-10-2023, 20:03
    • 430

Ələt-Astara yolunda ağır qəza- Yaralılar Var

Ələt-Astara yolunda ağır yol nəqliyyat-hadisəsi baş verib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə magistralın Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Qəzada Masallı rayonundan olan 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Səidə Canbolat xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.