Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət aldı
    • 29-04-2022, 20:34
    • 487

Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət aldı

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə köhnə Ələt-Astara magistral yolunun “PMK-9” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində rayonun Aşağı Kürkənd kənd sakinləri, 1961-ci il təvəllüdlü Bayramov Əliqismət Oruc oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Bayramov Rəsul Əliqismət oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /Report.az/