Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb
    • 6-04-2023, 18:45
    • 223

Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb

Azərbaycan millisinin düşərgəsində zədə alan "Neftçi"nin futbolçusu Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb.

News24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XXIX tur oyunu öncəsi kollektiv hazırlıqda iştirak edib. Bərpa dövrü keçən Ataa Caber isə fərdi məşqlə kifayətlənib.

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan məşqin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra edilib.

Qeyd edək ki, aprelin 8-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlanacaq.